525.Az

“Taliban” daha bir şəhəri ələ keçirib


 

“Taliban” daha bir şəhəri ələ keçirib<b style="color:red"></b>

“Taliban” hərəkatının üzvləri Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri olan Bəğlanın mərkəzi Pul-i Xumri şəhərini ələ keçiriblər.

Bu barədə 525.az Report-a istinadən xəbər verir. Qeyd olunub ki, hərəkatın yaraqlıları şəhərə daxil olub, “bayraq”larını Mərkəzi meydanda, həmçinin qubernatorun iqamətgahının qarşısında qaldırıblar.

Hökumət qüvvələri məcburən geri çəkilib. Agentlik qeyd edir ki, bu, son günlərdə radikalların əlinə keçən səkkizinci inzibati mərkəzdir.

 





10.08.2021    çap et  çap et