525.Az

Baydendən yeni qərar - 11 sentyabr sənədləri yenidən açılır 


 

Baydendən yeni qərar - <b style="color:red"> 11 sentyabr sənədləri yenidən açılır </b>

Bayden rəhbərliyi 11 sentyabr terror hücumları ilə bağlı sənədlərin araşdırılacağını və ABŞ hökuməti tərəfindən gizli saxlanılan sənədlərin qurbanların ailələri ilə paylaşılacağını açıqlayıb.

525.az xəbər verir ki, 11 sentyabr terror aktları qurbanlarının ailələri keçən həftə ABŞ Prezidenti Cozef Baydenə məktub göndərərək hücumlarla əlaqədar bəzi sənədlərin gizli saxlanılmasına davam ediləcəyi təqdirdə onun bu il terrorun 20-ci ildönüm mərasimində iştirak etməməsini istəyib.
ABŞ hökuməti hücumlarda Səudiyyə Ərəbistanı hökumətinin rolu ilə bağlı sənədləri gizlətdiyi üçün tənqid edilib.Hətta terrorun yüzlərlə qurbanının ailəsi hücumlarda Səudiyyə Ərəbistanının rolu olduğunu iddia edərək ölkəni məhkəməyə vermişdilər. Səudiyyə Ərəbistanı isə 11 sentyabr hücumlarında iştirakını inkar edir.

Xatırladaq ki, ABŞ-də 11 sentyabr 2001 -ci il terror hücumları zamanı 4 sərnişin təyyarəsi qaçırılmışdı. Bu təyyarələrdən ikisi Əkiz Qüllələrə çırpılmışdı. Biri paytaxt Vaşinqtonda Pentaqonu hədəf alarkən, dördüncü təyyarə Pensilvaniya çölündə F-16-lar tərəfindən vurulmuş və hücumlar nəticəsində təxminən 3000 adam həyatını itirmişdi.

Firuzə Əliyeva
 

 





11.08.2021    çap et  çap et