525.Az

Azarkeşlər Neftçinin oyununu stadionda izləyəcək


 

Azarkeşlər Neftçinin oyununu stadionda izləyəcək<b style="color:red"></b>

Finlandiyadakı azərbaycanlı azarkeşlər stadionda Neftçinin oyununu izləyəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən 525.az-a verilən məlumata görə, avqustun 12-də Finlandiyanın paytaxtı Helsinki şəhərinin “Bolt Arena” stadionunda “Neftçi” klubu ilə Finlandiyanın  HJK klubu qarşı-qarşıya gələcək. Finlandiyada yaşayan 40 azərbaycanlı  futbol azarkeşi oyunu stadionda canlı izləyəcək və komandamıza mənəvi dəstək göstərəcək.

Azarkeşlərin oyunu canlı izləməsi təşəbbüsünü Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə koordinatoru Ülviyyə Cabbarova irəli sürüb,  Diasporla İş üzrə Dövlət Komitəsi bu təşəbbüsü dəstəkləyib və azarkeşlərin biletlərini alıb.

Xatırladaq ki, HJK-“Neftçi” oyunu UEFA Avropa liqasının təsnifat mərhələsi çərçivəsində keçirilir. Bakıdakı ilk oyun heç-heçə başa çatıb. Bu cütlüyün qalibi növbəti mərhələdə Türkiyənin “Fənərbaxça” komandasına rəqib olacaq. “Neftçi” klubuna beynəlxalq futbol matçında uğurlar arzu edirik.

 





12.08.2021    çap et  çap et