525.Az

YAŞAT-ın nümayəndə heyəti Türkiyədə qazilərimizi ziyarət edib


 

YAŞAT-ın nümayəndə heyəti Türkiyədə qazilərimizi ziyarət edib<b style="color:red"></b>

"YAŞAT" Fondunun əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyədə  ağır yaralılarımızın  müalicə şəraiti və proseduru ilə  maraqlanıb, həkim heyəti ilə görüşlər keçirib.

525.az xəbər verir ki, İstanbul, Bursa və Kocaeli şəhərlərində baş tutan görüşlər zamanı ağır yaralılarımızın müalicəsi istiqamətində ciddi irəliləyişlərin olduğu müşahidə olunub.

Xatırladaq ki, Türkiyəyə müalicə üçün göndərilən ağır yaralılarımızın müalicə və gündəlik xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanır. Eyni zamanda Fond tərəfindən onlara müalicə müddətində aylıq xərclik verilir.

Fond tərəfindən bu günə qədər 123 ağır yaralımız müalicə üçün Türkiyəyə göndərilib.

 





12.08.2021    çap et  çap et