525.Az

Azərbaycan Rusiyaya başsağlığı verdi


 

Azərbaycan Rusiyaya başsağlığı verdi<b style="color:red"></b>

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib.

”525.az xəbər verir ki, bu barədə məlumat XİN-in rəsmi tvitter hesabında paylaşılıb.

“Kamçatkada Kuril gölü ərazisində göyərtəsində turistlər olan Mİ-8 helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və doğmalarına, Rusiya xalqına dərin hüznlə başsağlığı veririk”, - deyə məlumatda qeyd olunub.

 





12.08.2021    çap et  çap et