525.Az

"Mingəçevir leysanı"nın daha bir sayı


 

"Mingəçevir leysanı"nın daha bir sayı<b style="color:red"></b>

2008-ci ilin iyul ayından oxucuların görüşünə gələn "Mingəçevir leysanı" jurnalının 24- sayı nəşr olunub. Ədəbi dərginin poeziya bölümündə yerli yazarlardan Böyükkişi Təmkin, Qənbər Şəmşiroğlu, Rafiq Ələkbər, Məmməd Mərzili, Bəhman Qənbərov, Məhəmməd Ələkbərli, Fəxrəddin Əziz, Ələkbər Sönməz, Məhəmməd Nəbiyev, Nəcəf Quliyev, Səfər Sadıqov, Fəxrəddin Sofulu   Zakir Quliyevin yeni şeirləri, tanınmış şair-publisist, jurnalın baş redaktoru  İsmayıl İmanzadənin "Yetər nənə" adlı poeması Əhməd Süleymanovun təmsilləri yer alıb.

Nəsib Bayramoğlunun "Gecə savaşı", Zahid Qasımlının "Bir dəqiqəlik sükut" adlı hekayələri, Eyyub Cabbaroğlunun "Yaman günün yarağı" essesi Məhərrəm Şəmkirlinin mənsur şeirləri bu sayda çap olunub.

Dərginin publisistika ədəbiyyatşünaslıq bölümlərində Bayram Mustafanın, İmmi Kamalqızının, Seymur Verdizadənin, Mirhüseyn Abbasın, Cabir Qədimovun İsmayıl Mərcanlının çeşidli mövzularda qələmə aldıqları yazılar var.

 Bir qayda olaraq dərginin hər bir sayında söz aləmində ilk addımlarını atan istedadlı gənclərin yazıları işıq üzü görür. Ruslan Ələkbərlinin, Şirin Quliyevin, Əli Musanın məktəbli İsmayıl Qafarlının oxucu diqqətinə təqdim olunan yazıları ədəbi gəncliyə yönəlik diqqət qayğı nümunəsidir.

Həm nəfis tərtıbatı, həm maraqlı yazıları, həm poliqrafik səviyyəsi ilə diqqəti cəlb edən ədəbi dərginin yeni sayı AYB-nin Mingəçevir bölməsinin növbəti nailiyyəti kimi dəyərləndirilə bilər.

FİRƏNGİZ

 





16.04.2014    çap et  çap et