525.Az

Azərbaycan futbol tarixinin rəmzi komandası açıqlandı


 

Azərbaycan futbol tarixinin rəmzi komandası açıqlandı<b style="color:red"></b>

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Azərbaycan futbol tarixinin rəmzi komandasını açıqlayıb.

525.az Qol.az-a istinadən xəbər verir ki, ən yaxşı "11-lik"də aşağıdakı oyunçular yer alıb:

Qapıçı: Sergey Kramarenko

Müdafiəçilər: Rafiq Quliyev, Vladimir Bruxti, Vyaçeslav Semiqlazov, Yaşar Babayev

Yarımmüdafiəçilər: İqor Ponomaryov, Nazim Süleymanov

Hücumçular: Kazbek Tuayev, Anatoli Banişevski, Ələkbər Məmmədov, Yuri Kuznetsov

Siyahıda bütün futbolçular SSRİ dönəmində "Neftçi"nin tərkibində çıxış edib. Yalnız Nazim Süleymanov həm də müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan milli komandasında oynayıb.

 





12.08.2021    çap et  çap et