525.Az

"Barselona"nın Messiyə 39 milyon avro borcu var


 

"Barselona"nın Messiyə 39 milyon avro borcu var<b style="color:red"></b>

Argentinalı hücumçu Lionel Messi "Barselona"dan ayrılmasına baxmayaraq, Kataloniya təmsilçisindən pul almağa davam edəcək.

525.az Qol.az-a istinadən xəbər verir ki, klubun Messiyə 39 milyon avro borcu var. Bu, "Barselona"nın 34 yaşlı oyunçuya ödəməli olduğu sadiqlik bonusudur. Messi müqaviləsinin müddəti başa çatana qədər klubda qaldığı üçün ona bu məbləğ verilməlidir.

Xatırladaq ki, Kataloniya təmsilçisi Messi ilə yayda başa çatan müqavilənin müddətini uzada bilməyib. Futbolçu PSJ-yə azad agent kimi qoşulub .

 





12.08.2021    çap et  çap et