Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, hazırda Türkiyə Respublikasında olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri meşə yanğınları ilə mübarizə tədbirlərini uğurla davam etdirirlər.
525.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın-xilasetmə qüvvələri hazırda qardaş ölkənin yanğınsöndürənləri ilə birlikdə yanğın baş verən ərazilərdə soyutma işləri aparırlar.
çap et