Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) dünya üzrə neftə olan tələbin artımı ilə bağlı proqnozunu dəyişməz olaraq saxlayıb.
525.az xəbər verir ki, bu haqda məlumatı “TASS” agentliyi yayıb. Məlumata əsasən, əsas makroproqnozların yaxşılaşmasına baxmayaraq, OPEC proqnozunu dəyişməyib və bununla da, 2021-ci ildə dünya üzrə neftə tələbin artımı gündəlik 6 milyon barrel təşkil edəcək.
Bildirilir ki, ümumilikdə bu il bu artım gündəlik 96,6 milyon barrelə qədər bərpa olunmalıdır.
çap et