525.Az

Millimizin sabiq futbolçusu “Şalke”də


 

Millimizin sabiq futbolçusu “Şalke”də<b style="color:red"></b>

Azərbaycanlı futbolçu Rüfət Dadaşov ABŞ-ın "Finiks Rayzinq" klubundan ayrılıb.

525.az xəbər verir ki, 30 yaşlı hücumçu karyerasını Almaniyada davam etdirəcək. O, "Şalke"nin 2-ci komandasında çıxış edəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin Rüfətlə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, bir müddət millimizdə çıxış edən Dadaşov Almaniyada "Kayzerslautern", "Saarbrükken", "Dinamo" (Berlin) və "Pröyssen" komandalarında da oynayıb. O, son klubu "Finiks Rayzinq"lə MLS liqasında 15 qol vurub, 6 məhsuldar ötürmə edib.

 





12.08.2021    çap et  çap et