525.Az

“Dünya Fotoqrafiya Mükafatları“nın qalibi bəlli olub


 

“Dünya Fotoqrafiya Mükafatları“nın qalibi bəlli olub<b style="color:red"></b>

İngiltərədə keçirilən “Dünya Fotoqrafiya Mükafatları“ (Earth Photography Awards) adlı beynəlxalq fotoqrafiya yarışması öz sahiblərini tapıb.

525.az xəbər verir ki, təhsil almağın Efiopiyadakı bir ailənin üç üzvünün həyatını dəyişdirdiyini təsvir edən foto birinciliyə layiq görülüb. Rəssam Rozi Hallamın üç hissəli fotoqrafiya layihəsi "Təhsil hüququ" adlanır. Fotoda ibtidai məktəb yaşını keçmiş, ancaq təhsilə davam edən efiopiyalı ailənin yeganə üzvü Selamav, anası Sahneç və atası Marko göstərilib.

Kənd təsərrüfatından gəlir əldə edən ailə təhsil proqramını davam etdirir. Fotoqraf təhsilin həm hüquq, həm də ağıllı bir sərmayə olduğunu söyləyib.

Foto, həm də yarışmanın "İnsan" kateqoriyasında mükafat alıb.

El Roman

 





12.08.2021    çap et  çap et