525.Az

Ərdoğan sel fəlakəti olan bölgəyə səfər edib


 

Ərdoğan sel fəlakəti olan bölgəyə səfər edib<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizin qərb bölgəsində sel fəlakətindən zərər çəkən Kastamonu şəhərinin Bozkurt rayonuna gedib.

525.az APA-ya istinadən xəbər verir ki, Bozkurt rayonundakı məsciddə cümə namazından sonra R.T.Ərdoğanın xalqa müraciət edəcəyi gözlənilir. Çıxışından sonra, Türkiyə Prezidentinin sel bölgəsində qurulan Jandarma Ümumi Komandanlığı Mobil Əməliyyat Mərkəzində keçiriləcək koordinasiya iclasında iştirak edəcəyi, bölgədəki işlər və son vəziyyətlə əlaqədar səlahiyyətlilərdən məlumat alacağı bildirilib.

 





13.08.2021    çap et  çap et