525.Az

Merkel Rusiyaya səfər edəcək


 

Merkel Rusiyaya səfər edəcək<b style="color:red"></b>

Almaniya Kansleri Angela Merkel Rusiyaya səfər edəcək.

525.az APA-ya istinadən xəbər ki, bu barədə Almaniya Kanslerinin mətbuat katibi Steffen Seibert deyib. Onun sözlərinə görə, Angela Merkel avqustun 20-də Moskvaya səfər edəcək. Səfərin gündəliyi hələ məlum deyil.

"Aydındır ki, o, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək", - deyə Almaniya Kanslerinin sözçüsü əlavə edib.

S.Seibert onu da bildirib ki, Angela Merkel avqustun 22-də isə Kiyevə gedəcək.

 





13.08.2021    çap et  çap et