525.Az

Türkiyədə daha bir meşə yanğını ocağı yaranıb


 

Türkiyədə daha bir meşə yanğını ocağı yaranıb<b style="color:red"></b>

Türkiyənin İzmir şəhərində yenə meşə yanğını başlayıb.

525.az “Haber Global”a istinadən xəbər verir ki, yanğın İzmirin Çeşmə rayonu ərazisində baş verib.

Meşələrin yandığını görən vətəndaşlar dövlət qurumlarına bu barədə məlumat veriblər. Əraziyə 3 helikopter, 3 yanğınsöndürən maşın və çoxlu sayda personal cəlb olunub.

Küləkli hava şəraitinin yanğınsöndürmə tədbirlərinə mənfi təsir etdiyi deyilir.

 





14.08.2021    çap et  çap et