525.Az

ABŞ yanğınlarla mübarizə üçün Türkiyəyə 2 helikopter göndərib


 

ABŞ yanğınlarla mübarizə üçün Türkiyəyə 2 helikopter göndərib<b style="color:red"></b>

ABŞ-ın Türkiyədəki meşə yanğınları ilə mübarizə üçün göndərdiyi 2 helikopter Türkiyəyə çatıb.

525.az xəbər verir ki, ABŞ-ın Türkiyədəki səfirliyi bununla bağlı feysbuk səhifəsində paylaşım edib. “Dostumuz və NATO-dakı müttəfiqimiz Türkiyə ilə bağlı öhdəliklərimizə sadiqik. Birlikdə daha güclüyük”, - məlumatda qeyd edilib.

Helikopterlərlə birlikdə 18 ekipaj üzvü yanğınların söndürülməsində iştirak edəcək.

 





14.08.2021    çap et  çap et