525.Az

Bir gündə 54 mindən çox şəxs peyvənd olundu


 

Bir gündə 54 mindən çox şəxs peyvənd olundu <b style="color:red"></b>

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 54 890 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 551, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 339 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 794 232, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 419 938, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 374 294 təşkil edir.

 





15.08.2021    çap et  çap et