Türkiyədə baş verən yanğınların söndürülməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən qardaş ölkəyə ezam olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Azərbaycana qayıdır.
525.az xəbər verir ki, qardaş ölkədə meşə yanğınlarının qarşısının alınması və söndürülməsi işləri üçün yanğınsöndürmə qruplarına cəlb olunan heyət və texnika avqustun 16-da Azərbaycana doğru yola düşüb.
Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində FHN-in 743 əməkdaşı yüksək fədakarlıq göstərib. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmişdi.
.
çap et