525.Az

"Azərbaycan Ordusunun atəşi nəticəsində erməni hərbçinin həlak olması dezinformasiyasıdır"


 

"Azərbaycan Ordusunun atəşi nəticəsində erməni hərbçinin həlak olması dezinformasiyasıdır"<b style="color:red"></b>

Naxçıvan Muxtar Respublikası istiqamətində guya Azərbaycan Ordusunun bölmələrinin atəş açması nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat dezinformasiyasıdır.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Qeyd etdiyimiz kimi, bu gün saat 09:30-dan etibarən məhz Ermənistan silahlı qüvvələri tərəfindən Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bildiririk ki, qarşı tərəfin yalan məlumatlar yaymaqda məqsədi daxildə yaranan münaqişə zəminində erməni hərbi qulluqçusunun güllələnməsi faktını ört-basdır etməkdir", - deyə MN-in məlumatında bildirilib.

 





16.08.2021    çap et  çap et