525.Az

Ceyhun Bayramov Çavuşoğlu ilə arasında telefon danışığı baş tutub


 

Ceyhun Bayramov Çavuşoğlu ilə arasında telefon danışığı baş tutub<b style="color:red"></b>

Bu gün xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən 525.az-a verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı tərəflər, həmçinin Əfqanıstanda Türkiyə və Azərbaycan sülhməramlılarının birgə fəaliyyəti, bu missiyanın hazırkı durumunu müzakirə ediblər.

 





16.08.2021    çap et  çap et