525.Az

Rəssamların Ağcabədi səfəri - Foto


 

Rəssamların Ağcabədi səfəri -<b style="color:red"> Foto</b>

Rəssamlar Ağcabədi rayonuna səfər ediblər.

525.az xəbər verir ki, avqust ayının 14-də YAP-ın Yasamal Rayon təşkilatı, Ağcəbədi Rayon İcra Hakimiyyəti və millət vəkili Aqil Abbasın təşkilatçılığı və Azərbaycanın Milli Qəhrəmanı Asif (FRED) Məhərrəmov adına fondun və MVQSY İB-nin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr olunmuş “Vətənpərvərlik etüdləri” adlı layihə Ağdamda həyata keçirilib. Azərbaycan Rəssamlar İttifaqının üzvləri, layihə və etüd rəhbərləri Elnurə və Aygün İsgəndərovalar “Vətənpərvərlik Etüdləri” layihəsinin artıq 5 ildir ki, icra olunduğunu qeyd etdilər. Layihənin əsas məqsədi bölgələrimizi daha yaxından tanıtmaq və eyni zamanda kənd turizminin inkişafına dəstək olmaqdır.    

Öncə Ağcəbədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovetüd iştirakçılarını AsanXidmət Mərkəzində qəbul etdi. Rafil müəllim səmimi söhbət zamanı bu təşəbbüsün bölgələrimizin tanıdılması adına çox təqdirəlayiq bir addım olduğunu qeyd etdi. Bildirdi ki, Qarabağ müharibəsi zamanı Ağcabədi rayonu dəfələrlə düşmən hücumuna məruz qalsa da, əhalinin qələbəyə inamı, igidlərimizin düşmənə qarşı mübarizəsi, eyni zamanda 42 şəhid və çoxsaylı qaziləri sayəsində qəhrəman şəhərlərdən biri olduğunu sübut etdi.

Dövlətimizin qayğısı nəticəsində Ağcabədi rayonu sürətlə inkişaf edən rayonlar arasındadır.                                                

İcra başçısı layihə iştirakçılarınI rayonunun qədim, tarixi yerlərini, eyni zamanda, müasir inkişafını, təbiətini, mədəni irsini yaxından tanımağa dəvət etdi, hər kəsə uğurlar arzuladı, xatirə şəkilləri çəkildi.

İştirakçılar ilk olaraq qədim tarixə malik olan Boyat kəndində yerləşən Ağcabədi rayonu Məhəmməd Füzuli adına Boyat kənd kitabxanasına
səfər etdilər. MVQSY İB-nin sədri Rada Abbas kitabxanaya üzərində Məhəmməd Füzulinin rəsmi olan qədim xalça və 100 ədəd kitab hədiyyə etdi. Növbəti dayanacaq Qarabağ Atçılıq Kompleksi oldu. Kompleksin əməkdaşları iştirakçıları füsunkar Qarabağ cins atları ilə tanış etdilər və kompleksin fəaliyyəti haqqında ətraflı məlumat verdilər.                

İştirakçıların son dayanacağı Ağgöl Milli Parkı oldu. Gözəlliyi ilə göz oxşayan Ağgöl Milli Parkından ilhamlanan rəssamlar və fotoqraflar bir-birindən gözəl rəsm əsərləri, fotolar ərsəyə gətirdilər.      

Sonda iştirakçılar diplom və "Xarıbülbül" döş nişanı ilə təltif olundular, əslən Ağcəbədi rayonundan olan Vətən müharibəsi şəhidi, tibb xidməti leytenantı Tariyel Salmanovun portreti ailəsinə xatirə olaraq hədiyyə olundu.                            

Beləliklə layihə iştirakçıları Ağcabədi rayonunun tarixi, təbiəti, mədəniyyəti, milli-mənəvi dəyərləri, özünəməxsus ləziz mətbəxi ilə tanış olduqları üçün məmnunluqlarını bildirdilər.

Qeyd edək ki, qonaqlar arasında KKTCBakı təmsilçiliyinin təhsil və mədəniyyət müşaviri, dünyaca tanınmış fotoqraf Tevfik Ulual da iştirak edirdi.
 

 





16.08.2021    çap et  çap et