525.Az

Ukrayna Parlamenti hərbi manevrləri dəstəkləyir


 

Ukrayna Parlamenti hərbi manevrləri dəstəkləyir<b style="color:red"></b> Ukrayna Ali Radası ölkənin şərqində keçirilən antiterror əməliyyatlarının dəstəklənməsi haqqında qərar qəbul edib.

Trend-in Ukrinform-a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Baş nazirin birinci müavini Vitali Yarema parlamentin güc nazirlikləri rəhbərlərinin iştirakı ilə keçirilən qapalı iclasından sonra bəyan edib.

V.Yarema deyib ki, bu gün Ukraynanın şərqində asayişin və ölkəmizin bütövlüyünün təmin olunması məqsədi ilə hüquq-mühafizə orqanları, Müdafiə Nazirliyi və bütün güc strukturları tərəfindən keçirilən əməliyyatların dəstəklənməsi haqqında qərar qəbul edib".

Xatırladaq ki, son günlər Ukraynanın şərqində - Donetsk, Xarkov və Luqanskda federallaşma tərəfdarlarının mitinqləri keçirilir.
 





16.04.2014    çap et  çap et