525.Az

Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb - Foto


 

Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb -<b style="color:red"> Foto</b>

Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarla görüşü olub.

Bu barədə 525.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Görüşdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Son günlərdə Ermənistan tərəfindən Azərbaycanla sərhəddə törədilən təxribatlara toxunan Hulusi Akar Türkiyənin Azərbaycanın haqlı mübarizəsində daim yanında olacağını vurğulayıb.

 





17.08.2021    çap et  çap et