525.Az

Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşüb


 

Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşüb<b style="color:red"></b>

“IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə İstanbul şəhərində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerlə görüşüb.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 





18.08.2021    çap et  çap et