525.Az

Qurbanovdan transfer açıqlaması 


 

Qurbanovdan transfer açıqlaması <b style="color:red"></b>

Qarabağ” hücumçu axtarışlarını davam etdirir. 

525.az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində "Aberdin"lə oyun öncəsi mətbuat konfransında axtarışların ən pik mərhələdə olduğunu bildirib: "Çox axtarırıq, danışıqlar gedir. Tezliklə müsbət də ola bilər. Konkret cavab gözlədiyimiz bir neçə oyunçu var. Bu, təkcə hücum yox, müdafiə və yarımmüdafiə mövqeyinə də aiddir. Bəzən düşünmədiyimiz elementlər ortaya çıxır, danışıq yarımçıq qalır".

O, komandanın sabiq futbolçusu Ailton Silva ilə maraqlanıb-maraqlanmadıqları ilə bağlı suala cavab olaraq isə deyib: "Ailton Silva ilə bağlı danışığımız olmayıb".

 





18.08.2021    çap et  çap et