525.Az

Çavuşoğlu Türkiyənin “Taliban”la bağlı mövqeyini açıqladı


 

Çavuşoğlu Türkiyənin “Taliban”la bağlı mövqeyini açıqladı<b style="color:red"></b>

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ölkəsinin “Taliban” hakimiyyətinin qurulmasına münasibətini açıqlayıb.

525.az xəbər verir ki, bu barədə məlumatı “NTV” yayıb. Məlumata əsasən, Mevlüt Çavuşoğlu jurnalistlərin Əfqanıstanda yeni hökumət yaradılması və bu hökumətə münasibət barədə suallarına cavab verib.

“Öncə hökumətin necə qurulacağını görməliyik. "İnklüziv bir hökumət quracayıq" deyirlər. Həqiqətən də inklüziv hökumətin qurulub-qurulmamasını görməliyik. Beynəlxalq ictimaiyyət ilə birgə hərəkət edəcəyik. Verəcəyimiz mesajlar və atacağımız addımlar da koordinasiya ediləcək. Hazırda öncədən qərar vermək düzgün olmaz”, - deyə Çavuşoğlu vurğulayıb.

 





19.08.2021    çap et  çap et