525.Az

İtaliyanın tanınmış klubu fəaliyyətini dayandırıb


 

İtaliyanın tanınmış klubu fəaliyyətini dayandırıb<b style="color:red"></b>

İtaliyanın "Kyevo" klubu fəaliyyətini dayandırıb.

525.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, əvvəllər A Seriyasında çıxış etmiş Verona təmsilçisi D Seriyasında iştirak üçün ərizə verə bilməyib. Sənəd qəbulu üçün son müddət avqustun 24-dəkdir.

"Kyevo" ötən mövsümün yekununda maliyyə pozuntuları ilə əlaqədar B Seriyasından kənarlaşdırılıb. Klub bu mövsüm D Seriyasında çıxış etmək istəsə də, maliyyə təminatı olmadığı üçün müvafiq sənədləri təqdim edə bilməyib.

Qeyd edək ki, 1929-cu ildə təsis olunmuş "Kyevo" 2001-ci ildə ilk dəfə İtaliya A Seriyasına yüksəlib. Debüt mövsümündə 5-ci yeri tutmuş "sarı-göylər" bundan 4 mövsüm sonra tarixinin ən yüksək nəticəsi olan 4-cü yeri tutaraq, 2006/2007 mövsümündə Çempionlar Liqasında debüt edib.

 





22.08.2021    çap et  çap et