525.Az

Gürcüstanın Baş naziri Ukrayna prezidenti ilə görüşüb


 

Gürcüstanın Baş naziri Ukrayna prezidenti ilə görüşüb<b style="color:red"></b>

Ukraynada səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu ölkənin Prezidenti Vladimir Zelenski ilə görüşüb.

525.az xəbər verir ki, bu barədə İ.Qaribaşvili özünün “Twitter” hesabında paylaşım edib.

Bildirib ki, görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələri, Avropaya və Avroatlantik inteqrasiyaya dair ortaq səylər, regional təhlükəsizlik məsələləri və münaqişələrin sülh yolu ilə effektiv həlli barəsində müzakirə aparılıb. İ.Qaribaşvili qeyd edib ki, Gürcüstan Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiq edir.

 

 





22.08.2021    çap et  çap et