525.Az

Milli Məclis sədrinin müavini Ukraynaya səfərə gedir


 

Milli Məclis sədrinin müavini Ukraynaya səfərə gedir<b style="color:red"></b>

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Ukraynanın müstəqilliyinin 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün avqustun 24-də ölkənin paytaxtı Kiyev şəhərinə səfər edəcək.

Bu barədə 525.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirlərdə müxtəlif ölkələrin və bir sıra beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak edəcəklər.

Səfər avqustun 25-də başa çatacaq.

 





23.08.2021    çap et  çap et