525.Az

"Real" İspaniya kubokunu qazandı


 

"Real" İspaniya kubokunu qazandı<b style="color:red"></b>

İspaniya kubokunun yeni qalibi müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, həlledici görüşdə əzəli rəqiblər - "Barselona" və "Real" (Madrid) klubları üz-üzə gəlib.

La Liqada çempionluq uğrunda amansız mübarizə aparan komandalar bu dəfə kubokda münasibətlərinə aydınlıq gətiriblər.

Valensiyanın "Mestalla" stadionunda keçirilən görüşdə Madrid klubu 2:1 hesabı ilə qalib gələrək İspaniya kubokunu qazanıb..

16 aprel

İspaniya kuboku, final

00:30. "Barselona" - "Real" (Madrid) - 1:2 
Qollar:
 Di Maria, 11 (0:1), Bartra, 68 (1:1), Bale, 85 (1:2)

 





17.04.2014    çap et  çap et