525.Az

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi fəaliyyətini genişləndirəcək


 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi fəaliyyətini genişləndirəcək<b style="color:red"></b>

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi fəaliyyətini genişləndirəcək.

Buraya yeni texnologiyalar, kosmik texnologiyalar, həmçinin nano və biotexnologiyalar, mikroelektronika, atom enerjisisindən sülh məqsədləri ilə istifadə edilməsi və dünyada qəbul edilmiş digər texnologiyalar aiddir. “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
 
O, deyib ki, əsasən yeni texnologiyalar üzrə iqtisadi sektorun güclənməsi üçün müəyyən işlər görüləcək: “Hesab edirəm ki, işlərimizi uğurlu həyata keçirsək, iqtisadiyyatımızda elmtutumlu, iqtisadiyyat və innovativtutumlu sahələrin güclənməsinə gətirib çıxaracaq. Digər tərəfdən intellektual potensial, gənc kadrların biliyə olan tələbatı, həmçinin də cəmiyyətin intellektual potensialının güclənməsinə xidmət edəcək”.

 





17.04.2014    çap et  çap et