525.Az

"Süd verən qadınların peyvənd olunması məsləhət görülmür"


 

"Süd verən qadınların peyvənd olunması məsləhət görülmür"<b style="color:red"></b>

Dünyaya yenicə uşaq gətirmiş qadınlarda vaksinasiyaya, bu haqda da ziddiyyətli fikirlər mövcuddur. Qadın süd verirsə, vaksinasiya olunması məsləhət görülmür.

525.az xəbər verir ki, bunun mama-ginekoloq Natəxan Axundova deyib. O bildirib ki, əks halda vaksinasiya oluna bilər: "Nəzərə almaq lazımdır ki, doğuşdan sonrakı dövrdə qadın bir qədər zəifləyir. Zahılıq dövrü bitdikdən sonra əgər ümumi sağlamlığı imkan verirsə, vaksinasiya olunması mümkün sayılır. Zahılıq dövrü 6-8 həftə çəkir. Amma xarici ədəbiyyatda doğuşdan sonrakı dövr 11-12 həftə hesab olunur. Çünki uşaqlıqda cift sahəsinin bərpası prosesi 11 həftə çəkir”.

 





23.08.2021    çap et  çap et