525.Az

Pakistan Hərbi Hava Qüvvələri komandanının Azərbaycana səfəri başlayıb


 

Pakistan Hərbi Hava Qüvvələri komandanının Azərbaycana səfəri başlayıb<b style="color:red"></b>

Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Tahir Rafiq Bat Azərbaycana səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını, sonra isə Şəhidlər Xiyabanını ziyarət edib.
 
Sonra qonaqlar Silahlı Qüvvələrin Hərbi Akademiyası və Təlim Tədris Mərkəzinə gedib, orada yaradılmış şərait, şəxsi heyətin xidməti və ərazi ilə tanış olub, komandanlıqla görüşüblər. Qonaqlara hərbi təhsil müəssisələrinin tarixi haqqında məlumat verilib.
 
Aprelin 19-dək davam edəcək səfər proqramı çərçivəsində aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyətinin Müdafiə Nazirliyində görüşləri də planlaşdırılır.

 





17.04.2014    çap et  çap et