525.Az

Xaçmazda şəhid Fərid Seyfullayevin xatirəsi anılıb - Foto


 

Xaçmazda şəhid Fərid Seyfullayevin xatirəsi anılıb -<b style="color:red"> Foto</b>

Bu gün Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Seyfullayev Fərid Xeyrulla oğlunun doğum günü qeyd olunub. Şəhidin xatirəsi dəfn olunduğu Xaçmaz rayon Köhnəxaçmaz kənd qəbiristanlığında anılıb.

525.az xəbər verir ki, şəhidin anım mərasimində şəhidin yaxınları, kənd sakinləri, şəhid anaları, Xaçmaz qaziləri, mədəniyyət işçiləri, təhsil aldığı orta məktəbin şagirdləri, müəllimləri və KİV nümayəndələri iştirak ediblər. Şəhidin ad günüylə bağlı məzarı ziyarət olunub, ruhuna dualar edilib.

Mərasimdə çıxış edənlər Fəridin keçdiyi qısa və şərəfli ömür yolundan danışıblar. Daha sonra Qaradağlı kənd orta məktəbinin şagirdi Ömərzadə Əzimə Şair Məmməd Qədirin ”Ey şəhid anaları” şeirini səsləndirib.

Qeyd eldək ki, Seyfullayev Fərid Xeyrulla oğlu (MAXE) 23 avqust 1991-ci ildə Xaçmaz rayonunun Hacıqurbanoba kəndində doğulub.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Fərid Seyfullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qəhrəman döyüşçü noyabrın 6-sı Şuşa uğrunda gedən döyüşlərdə yaxınlığında mərmi partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Fərid Seyfullayev 2 il əvvəl ailə həyatı qurmuşdu. Ayla və Səma adında iki qız övladı var.

Prezident İlham Əliyevin Sərəncamı ilə şəhid Seyfullayev Fərid Xeyrulla oğlu (ölümündən sonra) “Vətən uğrunda”, ”Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

 





23.08.2021    çap et  çap et