525.Az

Türkiyə Prezidenti Azərbaycanla əməkdaşlıq üzrə daha bir sənədi təsdiqləyib


 

Türkiyə Prezidenti Azərbaycanla əməkdaşlıq üzrə daha bir sənədi təsdiqləyib<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti İlə Türkiyə Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu təsdiq edib.

Bu barədə 525.az "Resmi Gazete"yə istinadən xəbər verir.

Sənəd 2021-ci il aprelin 2-də Bakıda imzalanıb.

Anlaşma Memorandumunun məqsədi iki ölkə arasındakı ticarətin rəqəmsallaşdırılması, rəqəmsal ticarətin dayanıqlı və sabit inkişafının təşviq edilməsidir. Sənəd kommunikasiya mexanizmini və rəqəmsal ticarətdə əməkdaşlığın hüquqi çərçivəsini yaratmağı hədəfləyir.

Qeyd edilir ki, tərəflər bərabərlik, açıqlıq, qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında əməkdaşlıq etməyə və işləməyə razılaşırlar.

 





25.08.2021    çap et  çap et