525.Az

Bu gecə Bakının mərkəzi küçələrindən biri bağlanacaq


 

Bu gecə Bakının mərkəzi küçələrindən biri bağlanacaq<b style="color:red"></b> Bu gün Bakının mərkəzi küçələrindən birində hərəkət məhdudlaşdırılacaq.

Lent.az-ın məlumatına görə, “Azəryolservis” ASC-dən bildirilib ki, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Koroğlu Rəhimov küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən (1 zolaqda) məhdudlaşdırılacaq.
 
Sürücülərə alternativ olaraq Həsənoğlu küçəsindən istifadə etmələri tövsiyə olunur.
 





17.04.2014    çap et  çap et