525.Az

“Vüqar Həşimov” klubu Avropa kuboku yarışlarında mübarizə aparacaq


 

“Vüqar Həşimov” klubu Avropa kuboku yarışlarında mübarizə aparacaq<b style="color:red"></b>

Şahmatçılarımız klublar arasında sentyabrın 17-də start götürəcək Avropa kuboku yarışlarında iştirak edəcəklər.

525.az xəbər verir ki, “Vüqar Həşimov” klubu Şimali Makedoniyada keçiriləcək 36-cı Avropa kubokunda mübarizə aparacaq. Komandamızın heyətində Avropa çempionu Rauf Məmmədov, Kiril Şevçenko, Vüqar Əsədli, Aydın Süleymamlı, Əhməd Əhmədzadə, Ülvi Sadıqov və Murad İbrahimli yer alıblar.

Komandanın kapitanı isə Əməkdar məşqçi Anar Allahverdiyev olacaq.

Turnir sentyabrın 25-dək davam edəcək.

 





25.08.2021    çap et  çap et