525.Az

ABŞ Konqresinin nümayəndə heyəti aprelin 18-də Azərbaycana səfər edəcək


 

ABŞ Konqresinin nümayəndə heyəti aprelin 18-də Azərbaycana səfər edəcək<b style="color:red"></b>

ABŞ Konqresinin nümayəndə heyəti aprelin 18-də Azərbaycana səfər edəcək.

ABŞ-ın Bakıdakı səfirliyindən APA-ya verilən məlumata görə, konqresmen Evard Roysun rəhbərlik etdiyi nümayəndə heyətinə Konqresin renkinq komitəsinin üzvü Elliot İngel, habelə Luis Frankel və Devid Sisillin daxildir.
 
Konqresmenlər Azərbaycanın rəsmi şəxsləri, habelə vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcəklər.
 
Səfər aprelin 20-də başa çatacaq.
 
ABŞ Konqresinin nümayəndə heyətinin həmçinin Kiyev və İrəvana səfəri planlaşdırılır.
 
Ermənistan mətbuatının yazdığına görə, İrəvanda ABŞ nümayəndə heyəti “erməni soyqırımı qurbanları”nın anılması mərasimində iştirak edəcək. Qeyd edək ki, konqresmen E.Roys ermənipərəst mövqeyi ilə tanınır.

 





17.04.2014    çap et  çap et