525.Az

"Türkiyə əlavə miqrasiya axınını qarşılaya biməyəcək"


 

"Türkiyə əlavə miqrasiya axınını qarşılaya biməyəcək" <b style="color:red"></b>

"Türkiyə xaricdən əlavə miqrasiya yükünün öhdəsindən gələ bilməz".

525.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin 950-ci ildönümü ilə bağlı Bitlisin Ahlat rayonunda xarici ölkələrin Türkiyədəki səfirləri ilə görüşündə bildirib. Ərdoğan qeyd edib ki, rəsmi Ankara "Taliban" liderlərinin bəyanatlarını "ehtiyatlı nikbinliklə" qəbul edir. 

“Əfqanıstanda sabitliyin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədə çatmaq üçün Ankara Əfqanıstanda bütün tərəflərlə sıx dialoqa davam edəcək", - Türkiyə Prezidenti deyib.

Ərdoğan, eyni zamanda 5 milyondan çox qaçqın və mühacirə qapılarını açan ölkə olaraq Türkiyənin Suriya və Əfqanıstandan əlavə köç yükünün öhdəsindən gələ bilməyəcəyini əlavə edib.

 





25.08.2021    çap et  çap et