“Samsung” bütün dünya üzrə oğurluq televizorları bloklaya biləcək TV Block texnologiyasını təqdim edib.
525.az AZƏRTAC-a istinadla xəbər verir ki, yeni funksiya təhlükəsizliyi təmin edəcək və televizorların oğurlanması hallarını azaldacaq. Qurğudan yalnız onun qanuni sahibləri alışı təsdiqləyən sənədə malik olduqda istifadə edə biləcəklər.
Kompaniyada TV Block-un iş mexanizmini izah ediblər: televizor internetə qoşulduqdan sonra xüsusi alqoritm qurğunun seriya nömrəsini oğurlanan, yaxud qeyri-leqal satılan məhsulların siyahısı üzrə yoxlayır. Nömrələr üst-üstə düşdükdə proqram televizorun ələ qeyri-qanuni keçdiyini müəyyənləşdirir, sonra isə onun bütün funksiyalarını avtomatik olaraq söndürür.
Qeyd edək ki, TV Block 2020-ci ilin iyulunda Cənubi Afrika Respublikasında mağazaların seriyalı qarətindən sonra uğurla test olunub.