525.Az

“Samsung” dünya üzrə televizorları bloklaya biləcək


 

“Samsung” dünya üzrə televizorları bloklaya biləcək<b style="color:red"></b>

“Samsung” bütün dünya üzrə oğurluq televizorları bloklaya biləcək TV Block texnologiyasını təqdim edib.

525.az AZƏRTAC-a istinadla xəbər verir ki, yeni funksiya təhlükəsizliyi təmin edəcək və televizorların oğurlanması hallarını azaldacaq. Qurğudan yalnız onun qanuni sahibləri alışı təsdiqləyən sənədə malik olduqda istifadə edə biləcəklər. 

Kompaniyada TV Block-un iş mexanizmini izah ediblər: televizor internetə qoşulduqdan sonra xüsusi alqoritm qurğunun seriya nömrəsini oğurlanan, yaxud qeyri-leqal satılan məhsulların siyahısı üzrə yoxlayır. Nömrələr üst-üstə düşdükdə proqram televizorun ələ qeyri-qanuni keçdiyini müəyyənləşdirir, sonra isə onun bütün funksiyalarını avtomatik olaraq söndürür. 

Qeyd edək ki, TV Block 2020-ci ilin iyulunda Cənubi Afrika Respublikasında mağazaların seriyalı qarətindən sonra uğurla test olunub.

 





25.08.2021    çap et  çap et