525.Az

Siyavuş Novruzov: "Bələdiyyə sədrlərinin seçki yolu ilə müəyyənləşməsinə ehtiyac var"


 

Siyavuş Novruzov: "Bələdiyyə sədrlərinin seçki yolu ilə müəyyənləşməsinə ehtiyac var"<b style="color:red"></b>

Millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzovun "525"ə müsahibəsi 

-Siyavuş müəllim, qarşıdan növbəti bələdiyyə seçkiləri gəlir. Partiyanız seçkilərə necə hazırlaşır qədər namizəd irəli sürməyi  nəzərdə tutur?

- Yeni Azərbaycan Partiyası  builki bələdiyyə seçkilərində əsas üstünlüyü gənclərə, qadınlara verəcək. Həmçinin, bizi bələdiyyələrlə bağlı təhlillər aparırıq ki, onların işi, fəaliyyəti necə olub, bu 5 il müddətində nələr baş verib, onlar vətəndaşlar tərəfindən qəbul olunur-olunmur. Eyni zamanda,  hansı bələdiyyələr ki, aktivdir, vətəndaşlar tərəfindən qəbul olunur,  həmin bələdiyyə üzvlərinin təkrar namizədliyinin irəli sürülməsi məsələsi nəzərdən keçirilir. Bununla yanaşı, müəyyən yerlərdə yeniliklərin olunması da bizim seçki proqramımıza daxildir. Onu da xatırladım ki,  Azərbaycanda keçirilən ilk bələdiyyə seçkilərində seçilən bələdiyyə üzvlərinin təxminən 3,5 faizi gənclər idi, elə o qədər qadınlar. Lakin bizim təşəbbüsümüzlə keçən bələdiyyə seçkilərində gənclərə qadın namizədlərə üstünlük verildi onların təxminən 30 faizi keçdi. İndi üstünlüyü əsasən bu istiqamətdə verəcəyik. Bizim çox fəal gənclərimiz var istəyirik ki,  bu gənclər bələdiyyələrdə püxtələşsin, yetişsin növbəti digər seçkilərdə özlərini sınaqdan keçirsinlər.

Bu baxımdan, biz bütün bələdiyyələrdə olan yerlərə namizəd irəli sürəcəyik. Bələdiyyələrdə qədər ki yer var, hər birinə bir namizəd irəli sürəcəyik. Seçkilər zamanı hansısa problemlər yaranmasın deyə   biz indidən  xəbərdarlıq edirik ki, əgər Yeni Azərbaycan Partiyası ora namizəd irəli sürübsə,  digər  üzvümüz öz təşəbbüsü ilə namizədliyini irəli sürməsi əvəzinə, onun həmin insanlara dəstək verməsi daha məqsədəuyğun, daha uğurlu olsun. Çünki 600 mindən artıq partiya üzvümüz var onların  hər biri o bələdiyyə üzvlüyünə namizəd olmağa layiqdir. Bununla belə, təbii ki, onların içərisində seçim aparıb, namizədləri müəyyənləşdirmək lazımdır belə olacaq.

- Yeri gəlmişkən, bələdiyyə seçkiləri ilə bağlı seçki qanunvericiliyinə dəyişikliklər məsələsi gündəmə gələ bilərmi? Xatırlatmaq yerinə düşər ki, bir müddət öncə siz özünüz parlamentdə belə bir təşəbbüslə çıxış etmişdiniz, xüsusilə, qardaş Türkiyədə olduğu kimi, Azərbaycanda da bələdiyyə sədrlərinin seçki yolu vasitəsilə müəyyənləşdirilməsinin vacibliyini söyləmişdiniz...

- Qeyd edim ki, bununla bağlı parlamentin müvafiq komitəsinə artıq təkliflərimizi bildirmişik. Hesab edirəm ki, burada söhbət tək ondan getmir, həm bələdiyyələrin üzvlərinin sayının azaldılması məsələsi ortaya çıxıb. Çünki dünya təcrübəsində var ki, bələdiyyələrin ya bələdiyyə üzvlərinin sayı  həddindən artıq çox olmur. Bizdə təbii ki, sayın azaldılmasına ehtiyac var.  Məsələn, böyük bir kənddir, orta hesabla bura 3 nəfər kifayət etdiyi halda 8-9, bəzən görürsən 11 nəfər bələdiyyə üzvü seçilir burada da idarəçilikdə bir çətinlik yaranır.

O cümlədən bələdiyyə sədrlərinin   seçilməsi  onların məsuliyyətini bir daha artırmış olar ki, işlərindən, öhdələrinə düşən vəzifələrin həllindən möhkəm yapışsınlar. Düzdür, bizdə bələdiyyə sədrləri bələdiyyə üzvləri tərəfindən seçilirlər, amma onların da birbaşa namizədliklərinin irəli sürülüb, ümumi seçicilər tərəfindən seçilməsi həmin insanların məsuliyyətini daha da artıq edər,  onların işinin keyfiyyəti daha da yaxşılaşar. Çünki növbəti hesabatda o seçicilər qarşısına çıxanda artıq özünün gördüyü işlər barəsində hesabat verməlidir. Nəinki bələdiyyə üzvləri qarşısında, bütün o seçicilər qarşısında.

Bu yönümdə hesab edirəm ki, Türkiyənin təcrübəsindən bəhrələnmək olar.

- Tez-tez Azərbaycanda böyükşəhər bələdiyyələrinin, xüsusilə, Bakı Böyükşəhər Bələdiyyəsinin yaradılması məsələsi gündəmə gətirilir. Avropa Şurasının müvafiq qurumu da bu məsələdə israrlıdır. Ona görə  bu məsələ vaxtsa reallaşa bilərmi?

-Bilirsiniz, bu rayonların, xüsusilə, Bakının tərkibindəki rayonların ərazisi biri-birinə bağlı olan ərazidir. Məsələn, ümumi kommunikasiyalardır, digər məsələlərdir, hamısı birgədir. Eyni zamanda,  bələdiyyənin heç biri bir-birindən asılı deyil. Yəni, bələdiyyələr müstəqil qurumdur. Onların yuxarısında hər hansı bir qurum yoxdur. Bununla belə, Avropa Şurası tərəfindən, digər beynəlxalq təşkilatlar tərəfindən təkliflər irəli sürülür ki, böyükşəhər bələdiyyələri yaradılsın, amma bunu götür-qoy edib baxmaq lazımdır ki, böyükşəhər bələdiyyələrinin yaradılması, yəni, formalaşdırılmasına ciddi ehtiyac var, yoxsa, yoxdur... Bu da hesab edirəm ki, ictimai müzakirəyə ehtiyacı olan bir məsələdir.

- Təxminən il yarımdan sonra isə Azərbaycanda növbəti parlament seçkiləri seçkiləri gəlir. YAP son seçkilərdə deputat mandatı əldə etmiş üzvlərinin hamısının namizədliyini irəli sürəcək, yoxsa, burada ciddi dəyişikliklər edəcək? Mətbuatda da artıq belə məlumatlar getməkdədir ki, YAP öz deputatların heç hamısının namizədliyini irəli sürməyəcək...

- Öncə deyim ki, hakim partiya parlamentdə təmsil olunan komandasının, üzvlərinin fəaliyyətindən razıdır. Bu gün çox yaxşı bir heyət Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edir. Lakin biz bu gün əsas gücümüzü, yenə deyirəm, bələdiyyə seçkilərinə yönəltmişik, daha çox bələdiyyə seçkilərinə hazırlıq işləri ilə məşğul oluruq. Dekabr ayında bələdiyyə seçkilərini başa çatdırdıqdan sonra növbəti il üçün parlament seçkilərinə hazırlıq planı başlayacaq.

Bununla yanaşı, keçən parlament seçkiləri ərəfəsində olduğu kimi, qarşıdan gələn seçkilərlə bağlı  yerlərdə sorğular aparılır ki, onların Milli Məclisə seçilmiş üzvlərimizdən razılığı, narazılığı yerdədir, həmçinin, parlamentdə təmsilçilikləri hansı qaydadadır, onlar hansı qanunvericilik təşəbbüsləri ilə çıxış ediblər sairə.

Ümumi ictimai rəy digər bu kimi hallar müzakirə olunduqdan sonra da qərar veriləcək ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyəti kimləri bu dəfə namizəd irəli sürəcək, kimləri namizəd irəli sürməyəcək. Burada həmçinin, nəzərə almaq lazımdır ki, alternativlər kimdən ibarət olacaq. Məsələn, elə dairə var ki, orada ancaq lazım olacaq ki, yerdəyişmə olsun, elə dairə olacaq ki, məsələn, elə həminki millət vəkili yenidən oradan partiyanı təmsil etsin. Bütün hallarda bunlar götür-qoy olunur olunacaq.

Kamil Həmzəoğlu

 





17.04.2014    çap et  çap et