525.Az

“Səbail”in futbolçusu Litva milli komandasına dəvət olunub


 

“Səbail”in futbolçusu Litva milli komandasına dəvət olunub<b style="color:red"></b>

Bakının “Səbail” klubunun yarımmüdafiəçisi Şimkus Domantas Litva milli komandasına dəvət olunub.

525.az xəbər verir ki, Litva millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya, Bolqarıstan və İtaliya milli komandaları ilə qarşılaşacaq.

Litva yığması sentyabrın 2-də Şimali İrlandiyanı qəbul edəcək. Bu komanda ayın 5-də və 8-də isə müvafiq olaraq Bolqarıstan və İtaliyanın qonağı olacaq.

 





26.08.2021    çap et  çap et