525.Az

Azərbaycan paralimpiyaçıları üçüncü qızıl medalı qazanıb


 

Azərbaycan paralimpiyaçıları üçüncü qızıl medalı qazanıb<b style="color:red"></b>

Azərbaycanın daha bir paracüdoçusu Vüqar Şirinli Tokio-2020 Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb.

525.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı qazaxıstanlı Anuar Sarıyevlə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Şirinli qızıl medal qazanıb.

***

Azərbaycanın daha bir təmsilçisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

525.az-ın məlumatına görə, Raman Saleh 100 metr məsafəyə arxası üstə üzmə yarışında bütün rəqiblərini geridə qoyub.

Qeyd edək ki, daha əvvəl paracüdoçu Şəhanə Hacıyeva (48 kq) paralimpiya çempionu olub.

 





27.08.2021    çap et  çap et