Avqustun 25-i Ağcabədi rayon mərkəzi kitabxanasının əməkdaşları şəhid Həsən Süleymanovun məzarını ziyarət ediblər.
525.az xəbər verir ki, II Vətən müharibəsi şəhidi Süleymanov Həsən İsmayıl oğlu 25 Avqust 1991-ci il tarixdə Ağcabədi şəhərində anadan olub.
Həsən Süleymanov Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, 26.10.2020 il tarixdə Ağcabədi şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!