525.Az

Atletimiz Oloxan Musayev mübarizəni medalsız başa vurub


 

Atletimiz Oloxan Musayev mübarizəni medalsız başa vurub<b style="color:red"></b>

Azərbaycan komandasının Tokio Paralimpiadasında bayraqdarı Oloxan Musayev mübarizəni medalsız başa vurub.

525.az xəbər verir ki, atletimiz nüvə itələmə yarışında 11,89 metr nəticə ilə beşinci olub.

Dünya rekordu müəyyənləşdirən braziliyalı Uolles Santos 12,63 metrlik göstərici ilə qızıl medal qazanıb.

Ruci Ruci (Bolqarıstan) gümüş, polşalı Lex Stoltman bürünc medala sahib olublar.

Qeyd edək ki, Azərbaycanın hesabında 5 medal var. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Vüqar Şirinli (60 kq) qızıl, Namiq Abaslı (66 kq) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb

 





27.08.2021    çap et  çap et