525.Az

Kəmaləddin Heydərov Qəbələdə yanğın baş vermiş dağlıq ərazilərə gedib


 

Kəmaləddin Heydərov Qəbələdə yanğın baş vermiş dağlıq ərazilərə gedib <b style="color:red"></b>

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı yanğın baş vermiş mürəkkəb relyefli dağlıq əraziyə gedib.

525.az-ın APA-ya istinadən məlumatına görə, nazir helikopterlə əraziyə baxış keçirib, yanğının qarşısının alınması üçün aparılan işlərlə tanış olub.

Yanğının söndürülməsi istiqamətində görülən tədbirlər barədə K. Heydərova məlumat verilib.

Nazir daha sonra rayonun Abrıx kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə də yanğının söndürülməsi işləri ilə tanış olub.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdirir.

 





30.08.2021    çap et  çap et