525.Az

Uçan inəklər görənləri təəccübləndirdi


 

Uçan inəklər görənləri təəccübləndirdi<b style="color:red"></b>

İsveçrədə uçan inəklər əhalinin və dünya mediyasının diqqətini çəkib.

525.az xarici mediaya istinadən xəbər verir ki, İsveçrə Alplarında otlayan sürüdəki bəzi inəklər yaralanıb. Fermerlər və xilasedicilər yaralı inəkləri helikopterlərin köməyi ilə dağdan çıxarıblar. İnəklər dəniz səviyyəsindən 1950 metr yüksəklikdəki ərazidən vertolyotların köməyi ilə endirilib. Vertolyot səyahətini başa vuran inəklər buradan maşınlarla təsərrüfatlarına daşınıb. Sürünün qalan hissəsi saatlarla dağda qalıb.

Fermerlərdən daşınan inəklərin sağlamlığında mənfi təsir yaranıb-yaranmadığı soruşulub.

El Roman

 





31.08.2021    çap et  çap et