525.Az

Vaqif Dərgahlı yeni vəzifəyə təyin edilib


 

Vaqif Dərgahlı yeni vəzifəyə təyin edilib<b style="color:red"></b>

Müdafiə nazirinin müvafiq əmri ilə nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Mətbuat Xidmətinin rəisi vəzifəsi isə Xidmətin rəis müavini vəzifəsinə təyin edilən polkovnik-leytenant Anar Eyvazova həvalə edilib.

 





01.09.2021    çap et  çap et