525.Az

ABŞ Səfirliyi Azərbaycan sülhməramlılarına təşəkkür edib


 

ABŞ Səfirliyi Azərbaycan sülhməramlılarına təşəkkür edib<b style="color:red"></b>

ABŞ-ın Azərbaycandakı Səfirliyi Kabil aeroportunda xidmət etmiş Azərbaycan sülhməramlı qüvvələrinə təşəkkür edib.

525.az-ın xəbərinə görə, bu barədə Səfirliyin “Facebook” hesabında bildirilib.

“Əfqanıstan hava limanında xidmət edən Azərbaycan sülhməramlılarına təşəkkür edirik! Azərbaycan sülhməramlılarına, ABŞ və NATO tərəfdaşlarının Kabil Hava Limanını təxliyələri zamanı təhlükəsizliyi təmin etməkdə kömək etdikləri üçün minnətdarıq. Sülhməramlıların Azərbaycana salamat dönməklərinə çox sevindik!”, - deyə qeyd olunub.

 





01.09.2021    çap et  çap et